• şənbə, 20 Aprel, 05:54
  • Baku Bakı 15°C

Mədəniyyət xadimləri mükafatlandırılıb

17.09.19 19:14 556
Mədəniyyət xadimləri mükafatlandırılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan musiqisinin inkişafı və təbliğində xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:
Babayev Mobil Rəşid oğlu
Qasımova Ruhəngiz Nağı qızı.
Dövlət başçısı mədəniyyət xadimlərinin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif edilsinlər:
Dadaşova Natalya Konstantinovna
Hüseynova Sevda Əli qızı
Məmmədov Nüsrət Cəfər oğlu
Məmmədova Aliyə Tariyel qızı
Zahid Azad Vasif oğlu.
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:
Dadaşov Ağa Dadaş Hacı Bala oğlu
Əfəndiyeva İmruz Məmməd Sadıx qızı.
Dövlət başçısı Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
"Xalq artisti”
Allahverdiyev Vasif Kərim oğlu
Fərəcov Sərdar Fərəculla oğlu
"Əməkdar incəsənət xadimi”
Xalıqzadə Fəttah Xalıq oğlu
Rəcəbov Oqtay Məmmədağa oğlu
"Əməkdar artist”
Butenko İqor Leonidoviç
Pyatkin Nikolay Aleksandroviç
"Əməkdar müəllim”
Göyçayskaya Səidə Oqtay qızı
Hüseynova Rüxsarə Hüseyn qızı
Yaqubova Nazilə Mir Teymur qızı.
banner

Oxşar Xəbərlər