• çərşənbə axşamı, 23 aprel, 10:36
  • Baku Bakı 20°C

Mədəniyyət və Turizm Nazirliyi qısametrajlı bədii film müsabiqəsi elan edib

06.12.17 15:10 3123
Mədəniyyət və Turizm Nazirliyi qısametrajlı bədii film müsabiqəsi elan edib
Kinematoqrafiya sahəsində fəaliyyət göstərən gənclərin yaradıcılığını stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ etmək məqsədi iləMədəniyyət və Turizm Nazirliyitərəfindən qısametrajlı bədii film layihələri müsabiqəsi elan olunub.
APA-nın məlumatına görə, müsabiqədə film istehsalı ilə məşğul olan müstəqil kino şirkətləri iştirak edə bilər. Müsabiqəyə qatılmaq istəyən müstəqil fəaliyyət göstərən gənc müəlliflər işlərini kino prodüsermərkəzlərinə təqdim etməlidirlər.
Müsabiqəyə təqdim edilən kino layihələrinin prodüseri və rejissoru 35 yaşa qədər kinematoqrafçılar olmalıdır.
Sənədlər eyni deviz altında olan iki bağlı zərfdə 2018-ci il aprelin 10-dəkMədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır. Birinci zərfdəki sənədlər paketinə aşağıdakılar daxildir:
- çəkilişi rəqəmli daşıyıcıda nəzərdə tutulan, istənilən növ, janr və formatda olan azbüdcəli qısametrajlı bədii filmin ədəbi ssenarisi;
- adlar qeyd edilmədən filmin rejissoru və prodüserinin gələcək film haqqında hər biri 1 səhifəlik şərhləri;
- layihənin təxmini smeta dəyəri;
- filmin istehsal müddəti haqqında məlumat.
Üzərində eyni deviz qeyd edildiyi ikinci bağlı zərfin içində müsabiqə iştirakçısı olan kino şirkətinin adı, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti, poçt və bank rekvizitləri, həmçinin rejissorun, ssenari müəllifinin, prodüserin adları və əlaqə telefonları qeyd olunmalıdır.
Qaliblərin adları gələn ilin aprelin 20-dək açıqlanacaq.
Münsiflər heyətinin seçdiyi qalib layihələr "Azərbaycanfilm” kinostudiyasının istehsalat bazasında və kinostudiyanın maliyyə təminatı iləMədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında həmin layihələri təqdim etmiş şirkətlər tərəfindən çəkiləcək.
banner

Oxşar Xəbərlər