• cümə, 19 Aprel, 19:11
  • Baku Bakı 24°C

Mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar, ordenlərin verilməsi ilə bağlı tədbir keçirilib

10.05.18 15:20 951
Mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar, ordenlərin verilməsi ilə bağlı tədbir keçirilib
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar və ordenlərin təqdimetmə mərasimi keçirilib.

APA-nın məlumatına görə, mükafatlandırma mərasimində iştirak edən mədəniyyət naziriƏbülfəs Qarayevəvvəlcə bu gün Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü olduğunu xatırladaraq ümummilli liderin həyatı, fəaliyyəti haqqında danışıb.

Ə.Qarayev bildirib ki, hər hansı bir sahənin inkişafı haqqında danışanda mütləq Heydər Əliyevin bu sahəyə verdiyi töhfələr qeyd edilməlidir.

Yenidən nazir təyin olunduğu üçün prezidentİlham Əliyevə göstərdiyi etimada görə təşəkkürünü bildirən Ə.Qarayev bunun böyük bir məsuliyyət olduğunu vurğulayıb.

Ə.Qarayev deyib ki, Heydər Əliyevin doğum günündə Azərbaycan mədəniyyət və incəsənəti üçün töhfələr vermiş insanları mükafatlandırmaq mühüm bir addımdır: "Bu gün prezident tərəfindən mədəniyyət və incəsənət xadimlərinə verilən qiymət Azərbaycan mədəniyyətinə göstərilən diqqət, qayğıdır. Artıq Azərbaycan mədəniyyəti ölkə hüdudlarını aşaraq beynəlxalq səviyyədə tanınır".

Ə.Qarayev nazir kimi bütün mədəniyyət işçilərinə dəstək olacağına dair söz verib: "Azərbaycan xalqının mədəniyyətini qoruyaraq gələcək nəsillərimizə ötürəcəyik, bu işdə hər kəsə uğurlar arzulayıram".

Daha sonra isə mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim edilib.
banner

Oxşar Xəbərlər