• çərşənbə, 24 Aprel, 05:33
  • Baku Bakı 14°C

Mədəniyyət və İncəsənət Universitetinin yeni rektoru

02.05.14 17:05 3892
Mədəniyyət və İncəsənət Universitetinin yeni rektoru
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yeni rektoru təyin edilib.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru baş nazirin müavini Elçin Əfəndiyevin qardaşı Timuçin Əfəndiyev idi.
F. Əliyeva isə BDU-nun professoru, görkəmli alim, mətbuat tarixinin tədqiqatçısı Şirməmməd Hüseynovun qızıdır.
banner

Oxşar Xəbərlər