• cümə axşamı, 18 aprel, 08:07
  • Baku Bakı 12°C

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri və digər vəzifələrə təyinat olub

28.06.18 12:00 836
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri və digər vəzifələrə təyinat olub
Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, nazirƏbülfəs Qarayevin müvafiq əmrinə əsasən, Fikrət Babayev nazirliyin Aparatının rəhbəri təyin edilib.

Bundan əlavə, yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi Vüqar Şixəmmədova həvalə edilib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə İntiqam Hümbətov təyin olunub.

Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri isə Aslan Cəfərov təyin edilib.

Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkədə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.
banner

Oxşar Xəbərlər