AZE | RUS | ENG |

“Mədəni və dini müxtəliflik Tbilisinin ən qədim adətlərindən biridir”

“Mədəni və dini müxtəliflik Tbilisinin ən qədim adətlərindən biridir”
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze Gürcüstan müsəlmanlarını Novruz bayramı münasibətilə təbrik edib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, şəhər başçısı ölkənin müsəlman vətəndaşlarına sülh və çiçəklənmə arzu edib.

Onun sözlərinə görə, Tbilisidə milli, etnik, mədəni, dini müxtəliflik və onlara hörmət şəhərin ən qədim adətlərindən biridir: "Biz bu adət-ənənəni qoruyub saxlamalı və nümayiş etdirməliyik. Arzu edirəm ki, həyatımız daha tolerant və sevgi dolu olsun”.

K.Kaladze bu gün Tbilisidən azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna qədər olan avtomobil yolunda başa çatdırılmış təmir-tikinti işləri ilə tanış olub. 




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019