Medal siyahısına Azərbaycan millisi başçılıq edir

Medal siyahısına Azərbaycan millisi başçılıq edir

İdman
23 İyul 2019, 09:30 15673
İyulun 22-də - "EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci günündə 16 ölkənin idmançıları medal qazanıblar.
Trend-in məlumatına görə, iki günün nəticələrinə əsasən medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir. Komandamızın aktivində 10 medal – 4 qızıl, 4 gümüş və 2 bürünc medal var. Medalların hamısını komandamıza güləşçilərimiz qazandırıblar. Belə ki, yunan-Roma pəhləvanlarımız 3 qızıl və 1 bürünc, sərbəst güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc, qadın güləşçilərimiz isə 2 gümüş medala sahib olublar.
Hesabında 3 qızıl və 1 bürünc medal olan İtaliya seçməsi ikinci sırada qərarlaşıb. Üçüncü pillədə isə 2 qızıl, 1 gümüş və 5 bürünc medalla Rusiya yığması yer alıb. İlk beşlikdə sonrakı yerləri Türkiyə (1-1-1) və Rumıniya (1-1-0) seçmələri tamamlayırlar.

Festivala iyulun 27-də yekun vurulacaq.