• bazar ertəsi, 23 dekabr, 01:25
  • Baku Bakı 9°C

“Məcburi köçkünlük şəraitində qadınların səlahiyyətləndirilməsi” - Fotolar

29.11.16 18:03 1410
“Məcburi köçkünlük şəraitində qadınların səlahiyyətləndirilməsi” - Fotolar
"Məcburi köçkünlük şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində Binəqədi rayonunda təlim keçirilib. İcra hakimiyyətindən "Kaspi”yə bildirilib ki, keçirilən təlimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis, Ombudsman Aparatının əməkdaşı, təlimçi Turan Cahangirova, Binəqədi RİH Aparatının şöbə müdirləri, Binəqədi rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, bələdiyyə sədrləri və sahə inzibati ərazi nümayəndəliklərinin rəhbərləri, səhiyyə, təhsil, həmçinin məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Təlimi açıq elan edən Binəqədi RİH başçısı X.İsgəndərov qonaqları salamlayıb və təlimin proqramı haqqında geniş məlumat verib. Natiq çıxışında müasir dövrdə həm dövlət qurumlarının fəaliyyətində, həm də ailədə qadın və uşaqların maraqlarının təmin olunmasının prioritet kimi tanındığını söyləyib. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının daha səmərəli müdafiəsinə yönəlmiş bir sıra mühüm qanunların, dövlət proqramlarının qəbul edildiyini və bu gün cəmiyyətimizdə qadınlara verilən diqqət, dəyərin önəmini xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən ombudsman E.Süleymanovaölkəmizdə bütövlükdə insan hüquqlarının müdafiəsi və təmini üzrə qəbul edilmiş üç mühüm strateji sənəd - İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı (1998), Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planı (2006) və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı (2011) haqqında məlumat verib, milli qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işləri diqqətə çatdırılıb. Milli Fəaliyyət Proqramının 2.15-ci bəndində qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması sahəsində tədbirlərin səmərəliliyinin artırılmasının təsbit olunduğu, bu sahədə aidiyyəti icra qurumları tərəfindən müvafiq tədbirlər görüldüyü bildirilib. Ölkənin ayrı-ayrı bölgələrində əhali arasında bu istiqamətdə maarifləndirmə və məlumatlanma işlərinin apardığı diqqətə çatdırılıb.
BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis dünyada məcburi köçkünlərin vəziyyəti, onların qarşılaşdıqları problemlər, rəhbərlik etdiyi qurumun mandatına uyğun olaraq qadınlarla bağlı fəaliyyətləri barədə danışıb. O, qadın və uşaq hüquqlarının təmin olunmasının və zorakılıqla mübarizənin tədris proqramlarına daxil edilməsinin, habelə Azərbaycanda qadın hüquqlarının təmin edilməsi və məişət zorakılığı ilə mübarizə sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlərin mövcud olmasını nəzərə alaraq, birgə fəaliyyətin gücləndirilməsi istiqamətində məqsədyönlü işlərin aparılmasının vacibliyini vurğulayıb.
Yekunda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırlıb.



banner

Oxşar Xəbərlər