• şənbə, 20 Aprel, 08:49
  • Baku Bakı 14°C

Məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib

28.12.19 13:52 395
Məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib
Kürdəmir rayonunda məcburi köçkünlər üçün tikilmiş yeni yaşayış kompleksi istifadəyə verilib.
APA-nın yerli bürosunun xəbərinə görə, açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə iştirak ediblər.
Qeyd olunub ki, bütün zəruri sosial-texniki infrastrukturu olan məhəllənin tikintisi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 108-ci qəsəbədir. Yeni yaşayış kompleksində hər biri 4 mərtəbəli olmaqla 17 yaşayış binası inşa edilib. Kompleksə daxil olan mənzillərdən 44-ü birotaqlı, 236-ı ikiotaqlı, 228-i üçotaqlı, 56-ı dördotaqlıdır. Bundan başqa, yaşayış kompleksində 432 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, ATS binası və həkim məntəqəsi tikilib, o cümlədən müvafiq mühəndis kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.
Bu kompleksə Kürdəmir rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər