• cümə, 29 Mart, 13:15
  • Baku Bakı 14°C

Mebelin qiyməti ucuzlaşacaq

30.09.13 11:35 1532
Mebelin qiyməti ucuzlaşacaq
Azərbaycanda yeni yaradılan metanol zavodu (AzMeCo) Sumqayıt Sənaye Parkı ilə birgə formaldehid qazının istehsalını həyata keçirməyi nəzərdə tutub. Məhz bunun əsasında Azərbaycanda ağac-yonqar lövhələrinin istehsalını reallaşdıracaq fabrik yaradılacaq. Bu fabrikin işə düşməsi isə öz növbəsində ölkədə mebelin qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Metanol Şirkəti (AzMeCo) Direktorlar Şurasının sədri Nizami Piriyev bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan bu cür materialları Rusiya, Türkiyə kimi ölkələrdən alıb gətirməli olur: «Bu bizə baha qiymətə gətirilir, təxminən 35-38 manata başa gəlir. Yerli fabrikimiz olandan sonra isə bu cür lövhələrin qiyməti bizə 22-25 manata başa gələcək».
N.Piriyev əlavə edib ki, Azərbaycanda ağac-yonqar lövhələrinin istehsalı ilə bağlı dünyanın ən iri şirkətləri ilə birgə müəssisənin yaradılması planlaşdırılır.
banner

Oxşar Xəbərlər