• cümə axşamı, 25 aprel, 11:21
  • Baku Bakı 14°C

MDB-yə üzv dövlətlərin birgə hərbi planı razılaşdırılıb

08.04.14 12:01 1325
MDB-yə üzv dövlətlərin birgə hərbi planı razılaşdırılıb
APA-nın məlumatına görə, iclasın yekunlarına dair keçirilən brifinqdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib ki, iclas MDB ölkələri Silahlı Qüvvələrinin Baş Qərargahları arasında hərbi əməkdaşlığın və münasibətlərin dərinləşməsi istiqamətində daha bir konkret addım olub.
«İclas iştirakçıları MDB ölkələri arasında 2020-ci ilə qədərki dövrü əhatə edən hərbi əməkdaşlığın inkişafına konseptual yanaşmaları bəyəndilər. Tədbirdə hərbi təyinatlı sistemlərin birgə yaradılması və təkmilləşdirilməsi, “Birgə dövlət radiolokasiya tanıtma sisteminin inkişaf Konsepsiyası”nın layihəsi, “Silahlı qüvvələrin mühəndis qoşunlarının hərbi qulluqçularının statusu haqqında Razılaşma”, humanitar minatəmizləmə məsələləri, birgə mühəndis taborunun yaradılması, “Birlik dövlətlərin silahlı qüvvələrinin maraqlarına uyğun olaraq geoməkan məlumatların mübadiləsi barədə Saziş”in layihəsi müzakirə olundu», - deyə ordu generalı vurğulayıb.
V. Gerasimov bildirib ki, Baş qərargahların rəhbərləri 2015-ci ildə Birliyə üzv dövlətlərinin Silahlı Qüvvələrinin birgə tədbirlər Planını da razılaşdırıblar: «Qərargah Rəisləri Komitəsinin iclasının gedişatında qəbul edilmiş qərarlar ümumi, regional və milli maraqları nəzərə alaraq çoxtərəfli hərbi əməkdaşlığın inkişafına yönəldilib».
Toplantı iştirakçıları iclas yekunlaşdıqdan sonra Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşə yollanıblar.
banner

Oxşar Xəbərlər