• cümə, 29 Mart, 20:00
  • Baku Bakı 14°C

MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixrac...

02.11.18 15:00 513
MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixrac...
Hacıqabul Sənaye Məhəlləsində tikinti işlərinin 90 faizi görülüb və ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur. Mütəxəssislərin fikrincə, məhəllədə istehsal ediləcək məhsulların satış bazarları ilkin olaraq MDB, Yaxın Şərq və Afrika ölkələri olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən salınan sənaye məhəlləsi rayonun Atbulaq kəndi ərazisində yerləşir. Sənaye məhəlləsinin tikintisi qeyri-neft sektorunun inkişafına təkan vermək və əhalinin məşğulluğunu artırmaq məqsədi daşıyır. Məhəllə sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafına dəstək olacaq. Burada ümumi dəyəri 44 milyon manat olan 7 layihənin icrası nəzərdə tutulub. Bu layihələr ağır maşınqayırma, xüsusi vaqonqayırma və kompozit materialları, plastik su qabları və tara, avtomobil, tikinti materialları avadanlıqlarının istehsalı sahələrini əhatə edir.
Rayon icra hakimiyyəti başçısının müavini Əslan Səmədov bildirib ki, tikinti işlərinə 200 nəfər cəlb olunub. Sənaye məhəlləsinin fəaliyyətə başlaması ilə yeni iş yerləri açılacaq, nəticədə rayonda əhalinin məşğulluq səviyyəsi yüksələcək. Həmçinin investisiya qoyuluşu və istehsalın artması nəticəsində rayonun iqtisadi imkanları da artacaq.
Layihənin rəhbəri Qurban Burcəliyev söhbət zamanı tikinti işləri barədə məlumat verdi. Qeyd etdi ki, tikintiyə cari ilin əvvəllərindən başlanıb. Məhəllənin ümumi sahəsi 20 hektardır. Tikinti sahəsi isə 14 min kvadratmetr təşkil edir və onun 9 hektarında işlər başa çatıb. Tikililər yüksək səviyyədə, standartlara uyğun inşa olunur. İnzibati binada sığorta bank sisteminin yaradılması nəzərdə tutulur ki, bu da gələcəkdə sahibkarların işini asanlaşdıracaq.
Sənaye məhəlləsinin su-kanalizasiya sistemləri, təmizləyici qurğular, habelə elektrik enerjisi ilə təminatı işləri başa çatıb. Məhəlləyə xam malın gətirilməsi və istehsal olunan materialların xaricə ixracı üçün dəmir yolu xətti də çəkilib.
Hazırda tikintidə tamamlama işləri gedir. Əraziyə asfalt örtüyü vurulur və digər işlər görülür. Məhəllə istifadəyə verildikdən sonra burada 870 nəfər çalışacaq.
banner

Oxşar Xəbərlər