• cümə axşamı, 28 mart, 14:22
  • Baku Bakı 16°C

MDB PA missiyasının rəhbəri: “MSK-nın çox dəqiq və sistemli işini görürük”

11.04.18 08:36 586
MDB PA missiyasının rəhbəri: “MSK-nın çox dəqiq və sistemli işini görürük”
MDB Parlament Assambleyası müşahidə missiyasının rəhbəri,Rusiyanın Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanovun başçılığı ilə Azərbaycan prezident seçkilərində səsvermə prosesini izləməyə başlayıb.

APA-nın məlumatına görə, 29 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermənin başlanmasını müşahidə edən İ. Umaxanov Azərbaycan xalqını vacib siyasi hadisə, ölkə prezidentinin seçilməsi ilə bağlı təbrik edib.

"MDB PA-dan olan beynəlxalq müşahidəçilər kimi seçki komissiyasının çox dəqiq və sistemli işini görürük.Mən prezident seçkilərini artıq 4-cü dəfədir müşahidə edirəm. Həm təşkilatçılıq, həm də əhval-ruhiyyə günü-gündən yaxşılaşır, həmçinin ölkə qanunvericiliyi, xüsusilə seçki qanunvericiliyi mükəmməlləşir. Açıq, daha demokratik, cəmiyyətin bütün təbəqələrinin ümumi maraqlarına, o cümlədən müxalifətin maraqlarına xidmət etmək istiqamətində mükəmməlləşir. İnsanlar seçkilərə yaxşı əhval-ruhiyyə ilə gəlir. Qafqazda qəbul olunub ki, insanlar sözə deyil, əmələ güvənirlər. İnsanlar səsverməyə xoş əhval-ruhiyyə, gələcəyə inamla, ölkələrini stabil, çiçəklənən, sülh şəraitində görmək ümidi ilə gəlirlər. Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək", - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər