• cümə axşamı, 25 aprel, 14:47
  • Baku Bakı 23°C

MDB-nin Sərhəd Qoşunları Komandanları Bakıda

09.09.13 08:12 2732
MDB-nin Sərhəd Qoşunları Komandanları Bakıda
APA-nın məlumatına görə, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı, general-leytenant Elçin Quliyev açılış nitqi ilə çıxış edərək, iclasın səmərəli keçəcəyinə və MDB ölkələri arasında sərhəd məsələlərində əməkdaşlığın güclənməsinə xidmət edəcəyinə ümidvar olduğunu deyib.
İclasın gündəliyinə 7 məsələ daxil edilib. Bu məsələlər arasında 2014-cü ildə MDB ölkələrinin xarici sərhədlərinin, o cümlədən Mərkəzi Asiya regionu və Xəzər hövzəsində xarici sərhədlərin təhlükəsizliyinin təmin olunmasında sərhəd qurumlarının qarşılıqlı fəaliyyətinin prioritet istiqamətləri də var.
Toplantıda MDB ölkələrinin xarici sərhədlərində böhran vəziyyətlərinin nizamlanması məqsədilə sərhəd qoşunları və digər qurumların imkanlarından istifadə ilə bağlı MDB Dövlət Başçıları Şurasına təkliflər hazırlamaq, habelə Tacikistan-Əfqanıstan sərhədində sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üçün Düşənbəyə təcili yardımın göstərilməsi məsələləri nəzərdə tutulur.
Bundan başqa, iclas iştirakçıları 2013-cü ildəki fəaliyyətlərinə yekun vuracaq, Şuranın planlarının yerinə yetirilməsi vəziyyətini dəyərləndirəcəklər.
Qeyd edək ki, MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclası Bakıda üçüncü dəfədir keçirilir. İclasda 10 ölkədən nümayəndələr iştirak edirlər.
banner

Oxşar Xəbərlər