• cümə axşamı, 28 mart, 13:06
  • Baku Bakı 16°C

MDB-nin Mədəniyyət Paytaxtı Gəncə - Fotolar

18.03.17 21:21 1186
MDB-nin Mədəniyyət Paytaxtı Gəncə - Fotolar
Bu gün Müstəqil Dövlətlər Birliyinin 2017-ci il üçün Mədəniyyət Paytaxtı seçilən Gəncədə layihənin açılış mərasimi keçirilib.

Tədbirlərdə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, eləcə də digər yerli və xarici qonaqlar iştirak ediblər.

Qonaqlar Heydər Əliyev Park Kompleksində təşkil olunan ümumşəhər tədbirinə qatılıb, Zəfər tağından başlayaraq Heydər Əliyev Mərkəzinin yerləşdiyi binaya qədər xiyabanda quraşdırılan pavilyonlarda Gəncənin çoxəsrlik tarixini, zəngin mədəniyyətini özündə əks etdirən el sənətkarlığı nümunələri ilə tanış olublar.

Mərasimlərdə daha çox Novruz bayramının atributlarına üstünlük verilib. Gəncədə fəaliyyət göstərən teatrlar, incəsənət və yaradıcılıq mərkəzləri, eləcə də folklor və musiqi kollektivləri səhnələşdirilmiş musiqi proqramı ilə çıxış ediblər.

Beləliklə, 2017-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı seçilən Gəncədə layihənin açılışına həsr olunmuş mərasim qonaqlarda zəngin təəssürat yaradıb, parlaq səhnələrlə yadda qalıb.




























banner

Oxşar Xəbərlər