• cümə axşamı, 28 mart, 20:11
  • Baku Bakı 13°C

MDB ölkələrindən olan turistlər Azərbaycanı seçirlər

08.08.18 18:00 623
MDB ölkələrindən olan turistlər Azərbaycanı seçirlər
Azərbaycanın paytaxtı Bakı MDB ölkələrinin yay səyahəti reytinqində ən populyar şəhərə çevrilib. Cari mövsümdə Bakını bir milyondan çox turist ziyarət edib.
AZƏRTACbu barədə mir24.tv telekanalına istinadla xəbər verir. Turistlər öz müsahibələrində Bakıda Şərqin və Avropanın harmoniyasının hökm sürdüyünü qeyd ediblər. Bu, qədim və eyni zamanda, müasir şəhərdir. Məhz bununla da turistləri özünə cəlb edir. Kiçik Qala küçəsində "Brilyant əl” sovet komediyasının bir fraqmenti çəkilib. Bu səbəbdən də Qayday komediyasını sevənlər hər gün burada "yıxılır” və selfi ilə bu anı xatirəyə çevirirlər.
Azərbaycan paytaxtı onlarca film üçün çəkiliş meydançası olub. Bu filmlər arasında "Amfibiya adam”, "Tehran-43”, "Aybolit-66” və s. göstərmək olar. Ruslan və Lina Perm şəhərindən məxsusi olaraq Qız Qalasını görmək üçün Bakıya gəliblər. Bu qalanın tikilmə səbəbi və ondan vaxtilə necə istifadə edildiyi barədə alimlər indiyədək mübahisə aparırlar.
Bir neçə saatlıq gəzintidən sonra susuzluğu yatırmağa və itirilmiş enerjini bərpa etməyə çay kömək edir. Azərbaycanda bu ətirli içkini armudu stəkanda təkcə qəndlə deyil, Şərq şirniyyatları və mürəbbə ilə masaya verirlər. Sankt-Peterburqdan olan Milana Kulik üçün bu ənənə bir kəşf oldu.
Milli naxışlı ipək yaylıqlar və xalçalar Azərbaycandan olan ən yaxşı suvenirlər siyahısındadır. Respublika təkcə qonaqpərvər deyil, həm də ziyarət üçün təhlükəsiz ölkədir.
Əlavə edək ki, bu ilin əvvəlindən Azərbaycanı təxminən 2 milyonadək turist ziyarət edib.
banner

Oxşar Xəbərlər