• şənbə, 20 Aprel, 14:08
  • Baku Bakı 23°C

MDB ölkələri təhlükəsizlik şuraları katiblərinin toplantısı keçirilib

16.11.16 19:41 937
MDB ölkələri təhlükəsizlik şuraları katiblərinin toplantısı keçirilib
Bu gün Moskva şəhərindəMDB-yə üzv ölkələrin təhlükəsizlik şuralarının katiblərinin dördüncü iclası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasdaMDBölkələrində sabitlik və təhlükəsizliyə təhdidlər fonunda regional qarşılıqlı fəaliyyətə dair aktual məsələlər müzakirə olunub. Qeyri-qanuni miqrasiyaya qarşı fəaliyyət, milli təhlükəsizliyin təmin olunması maraqları baxımından miqrasiya qanunvericiliyinin gələcəkdə təkmilləşdirilməsi məsələsinə baxılıb. Beynəlxalq terrorçu və ekstremist təşkilatların, transmilli cinayətkar qruplaşmaların aktiv fəaliyyət göstərdiyi miqrasiya kanalları üzərində nəzarətin effektivliyinin yüksəldilməsinin vacibliyi qeyd olunub.
İclasda antiterror əməkdaşlığı ilə bağlı müzakirə aparılıb. Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyadakı fəaliyyəti haqda informasiya dinlənilib. Beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsinə toxunulub. İştirakçılar informasiya-kommunikasiya texnologiyalarından istisnasız olaraq ancaq dinc məqsədlərlə istifadənin tərəfdarı olduqlarını bildiriblər.

ToplantıdaMDBİcraiyyə Komitəsinin baş katibi Sergey Lebedev, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev vəMDBölkələrinin təhlükəsizlik şuralarının katibləri iştirak ediblər. Azərbaycanı Təhlükəsizlik Şurasının katibi, Prezident Administrasiyasının rəhbəriRamiz Mehdiyev, onun müavini, Xarici əlaqələr şöbəsinin müdiriNovruz Məmmədovvə PA-nın Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiriFuad Ələsgərovtəmsil ediblər.
banner

Oxşar Xəbərlər