• cümə axşamı, 28 mart, 15:06
  • Baku Bakı 16°C

MDB ekspertləri yeni aviasiya qaydaları layihəsini müzakirə edəcəklər

17.08.19 21:33 978
MDB ekspertləri yeni aviasiya qaydaları layihəsini müzakirə edəcəklər
Avqustun 21-22-də Minskdə, MDB-nin İcraiyyə Komitəsində mülki aviasiya hava gəmilərinin uçuşunun tibbi və sanitar-epidemioloji təminatı məsələləri üzrə İşçi qrupun iclası keçiriləcək.
AZƏRTACMDB-nin İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, görüş iştirakçıları "Aviaşirkətin tibbi təminatı. MDB ölkələrinə üzv dövlətlərin mülki aviasiyasında uçuş dövründə sərnişinlərə və hava gəmisinin heyət üzvlərinə tibbi yardım göstərilməsinin xüsusiyyətləri”nə dair Aviasiya qaydalarının layihəsini müzakirə edəcəklər.
Qaydalar aviaşirkətin geniş tibbi fəaliyyətinin daha əhəmiyyətli xüsusiyyətlərini və əlamətlərini, onlara təqdim olunan əsas tələbləri müəyyən edən vahid başlıca sənədin yaradılması zərurəti ilə bağlı İşçi qrup tərəfindən işlənib hazırlanıb.
Layihədə MDB ölkələrinə üzv dövlətlərin mülki aviasiyasında uçuş müddətində sərnişinlərə və hava gəmisinin heyət üzvlərinə tibbi yardım göstərilməsinin vahid tələbnaməsinin tətbiqi təklif olunur. Sənəd həm aviaşirkətin təşkilati strukturuna daxil olan tibbi bölmənin, həm də aviaşirkətin tibbi təminatına nəzarəti həyata keçirən aviasiya həkiminin aviaşirkətdə tibbi təminat üzrə fəaliyyətini izah edir.
Qaydalar Birliyin üzv dövlətlərinin mülki aviasiyasının hər hansı hava daşımalarını yerinə yetirən aviaşirkətləri tərəfindən istifadə oluna bilər.
İşçi qrupun üzvlərinin nəzərdən keçirəcəkləri ikinci sənəd namizədlərin sağlamlıq durumlarına dair birinci dərəcəli aviasiya personalının tibbi şəhadətnaməsinin (sertifikatın) alınması (müddətinin uzadılması) üzrə Tələbnamə layihəsidir.
Aviasiya uçuşlarının tibbi təminatının əsas istiqamətlərindən biri həkim-uçuş ekspertizasının təkmilləşdirilməsidir. Bu, pilotların xəstəliklərinin ilkin aşkarlanması və onların sağlamlıq durumlarına görə öz səlahiyyətlərini yerinə yetirmələrinə yararlı olmalarını müəyyən etmək məqsədi daşıyır.
Pilotların ümumi xəstələnmə strukturunda ürək-damar patologiyası aparıcı yer tutur. Ürəyin işemiya xəstəliyinin üstünlük təşkil etdiyi qeyd olunur. Bununla yanaşı, pilotlarda işemiya xəstəliyi "cavanlaşır”, ağrısız və azsimptomlu növləri daha geniş yayılır. Arterial hipertoniya terapevtik profilli xəstəliklər arasında ikinci yeri tutur. Mülki aviasiya pilotlarının sağlamlıq durumunun dəyişməsi uçuşlara təhlükə yarada bilər.
Aviasiya tibbində kardiologiyanın müasir nailiyyətlərindən geniş istifadə olunmasına baxmayaraq, pilotlarda ürək-damar sistemi xəstəliklərinin erkən diaqnostikası problemi yüksək dərəcədə aktual olaraq qalmaqda davam edir. Pilotların xəstəliklərinin müayinə üsullarının və erkən diaqnostikanın bundan sonra da təkmilləşdirilməsi vacibdir. Bu yanaşmalardan biri aviasiya personalının sağlamlıq durumuna, o cümlədən onların ürək-damar sisteminin vəziyyətinə dair tələbnamələrin Birlik çərçivəsində işlənib hazırlanmasıdır.

banner

Oxşar Xəbərlər