• cümə axşamı, 18 aprel, 14:24
  • Baku Bakı 22°C

MDB Dövlət Başçıları Şurasının iclası başlayıb

10.10.14 13:28 1132
MDB Dövlət Başçıları Şurasının iclası başlayıb
Birlik ölkələrinin liderləri görüşün keçiriləcəyi Minskin Müstəqillik Sarayına gəliblər. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.
Gözlənildiyi kimi, Ukrayna Prezidenti Petro Poroşenko zirvə toplantısına qatılmayıb. Bu ölkəni Minskdəki səfir Mixail Yejel təmsil edir.
Zirvə toplantısında iqtisadi, humanitar və hüquq-mühafizə sahələrində çoxtərəfli əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsi planlaşdırılır.
Görüşə çoxplanlı qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, narkotiklər üzərində beynəlxalq nəzarət sisteminin möhkəmləndirilməsi, insan alverinə qarşı mübarizəyə yönəlmiş bir sıra sənədlər hazırlanıb.
MDB çərçivəsində tədbirlər başa çatdıqdan sonra Avrasiya İqtisadi Cəmiyyətinin Dövlətlərarası Şurası (oraya RF, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan) və Ali Avrasiya iqtisadi Şurası formatında görüşlər keçiriləcək.
banner

Oxşar Xəbərlər