• cümə axşamı, 28 mart, 22:24
  • Baku Bakı 13°C

MDB-dən olan müşahidəçi: Milli Məclisə seçkilər şəffaf və yüksək səviyyədə keçir

09.02.20 10:55 451
MDB-dən olan müşahidəçi: Milli Məclisə seçkilər şəffaf və yüksək səviyyədə keçir
Fevralın 9-da Azərbaycan Respublikası parlamentinə seçkilər şəffaf və yüksək səviyyədə keçir, seçicilərin maneəsiz səs verməsi üçün seçki məntəqələrində hər cür şərait yaradılıb.
Trend-in məlumatına əsasən, bunu 29 saylı Səbail Seçki Dairəsi dairə seçki komissiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən 2 saylı seçki məntəqəsində səsvermə prosesini müşahidə edən MDB müşahidə missiyasının üzvü, Özbəkistan Senatı Ali Məclisi sədrinin birinci müavini Sodik Safoyev jurnalistlərə müsahibəsində deyib.
S.Safoyev bildirib: "Səsvermənin gedişini izləmək üçün müşahidə qrupumuzun üzvləri bu gün ərzində seçki məntəqələrində olacaqlar. Hazırda yüksək səviyyədə seçici fəallığı müşahidə edilir ki, bu da Azərbaycan əhalisinin öz taleyini özü həll etdiyinə dəlalət edir. Milli Məclisə seçkilər ölkənin həyatında mühüm hadisədir, əminəm ki, onun nəticələri tezliklə öz bəhrəsini verəcək".
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.
Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.
Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.
banner

Oxşar Xəbərlər