• çərşənbə axşamı, 19 mart, 07:58
  • Baku Bakı 8°C

MDB Antiterror Mərkəzi: Birlik ölkələri üçün terror təhlükəsi əvvəlki kimi yüksəkdir

05.10.17 12:10 856
MDB Antiterror Mərkəzi: Birlik ölkələri üçün terror təhlükəsi əvvəlki kimi yüksəkdir
"MDBölkələri üçün terror təhlükəsinin səviyyəsi əvvəlki kimi yüksək qalır".

APA-nın xəbərinə görə, bu barədəMDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, bunun ən kəskin forması beynəlxalq terror təşkilatlarınınMDBölkələrinin vətəndaşlarını əməkdaşlığa cəlb etməsidir: "İnternet məkanı bu gün terror təşkilatlarında aktiv iştiraka çağırışla yanaşıMDBölkələri vətəndaşlarının etirazlara cəlb olunmasına, onların radikallaşmasına və müxtəlif növ tapşırıqların icrasına cəlb olunmasına xidmət edir. 2014-2017-ci illərdə sosial şəbəkələrdə ekstremist mahiyyətli materialların sayı 6 dəfədən çox olub. Antiterror mərkəzinin analizinə əsasənMDBölkələrində daxil olması qadağan edilən internet resursların 90 faiziMDB-dən kənarda fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, distant "cəlb etmə” texnologiyasından istifadə terrorizmin inkişafına xidmət edən əsas amildir".
banner

Oxşar Xəbərlər