• cümə, 29 Mart, 17:46
  • Baku Bakı 14°C

MBNP: Ötən ilin 11 ayında banklar kreditləşməni 4 mlrd. manatadək azaldıb

05.01.18 19:10 587
MBNP: Ötən ilin 11 ayında banklar kreditləşməni 4 mlrd. manatadək azaldıb
Ötən ilin noyabrında ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb.

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, ötən ilin noyabr ayının 30-na bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 780,2 mln. manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 72,7 mln. manat və ya 0,62% artım deməkdir.

Ümumiyyətlə, ötən ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 4 mlrd. 158,1 mln. manat və ya 26,09% azalıb.
banner

Oxşar Xəbərlər