• cümə, 29 Mart, 06:00
  • Baku Bakı 5°C

“Mayk Pensin Pxençxanda KXDR rəsmiləri ilə görüşü istisna edilmir”

06.02.18 09:20 518
“Mayk Pensin Pxençxanda KXDR rəsmiləri ilə görüşü istisna edilmir”
ABŞ-ın vitse-prezidenti Mayk Pens Cənubi Koreyaya səfəri çərçivəsində KXDRrəsmiləri ilə görüşə bilər.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
"Vitse-prezident Pensin Pxençxanda KXDR rəsmiləri ilə görüşü istisna edilmir. Bu baş verə bilər, baxarıq...”, deyə dövlət katibi bildirib.
Qeyd edək ki, ABŞ vitse-prezidenti Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimində iştirak edəcək. KXDR Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim Yon Nam Oyunlarda Şimali Koreya nümayəndə heyətinə başçılıq edəcək. Onun Cənubi Koreya prezidenti Mun Çje In ilə görüşü planlaşdırılıb.
Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.
banner

Oxşar Xəbərlər