• cümə axşamı, 25 aprel, 20:09
  • Baku Bakı 21°C

Mayk Pens gələn həftə Yaponiyaya səfər edəcək

09.11.18 11:15 555
Mayk Pens gələn həftə Yaponiyaya səfər edəcək
ABŞ-ın vitse-prezidenti Mayk Pens gələn həftə Yaponiyaya səfər edəcək.
AZƏRTACxəbər verir ki, bu barədə məlumat verən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa M.Pensin səfərinin iki gün davam edəcəyini bildirib.
Noyabrın 12-də Tokioya səfəri başlayacaq M.Pens ertəsi gün Baş nazir Şinzo Abe ilə görüşəcək.
Y.Suqanın sözlərinə görə, M.Pensin səfəri Yaponiya və ABŞ üçün Şimali Koreya məsələsi də daxil olmaqla, ümumi təhdidlərə qarşı birgə fəaliyyətin növbəti təsdiqi olacaq.
Baş katib əlavə olaraq bildirib ki, M.Pensin səfərinin detalları hələlik tam dəqiqləşdirilməyib.
banner

Oxşar Xəbərlər