Mayk Pens Ərdoğanla görüşmək üçün Ankaraya gedir

Mayk Pens Ərdoğanla görüşmək üçün Ankaraya gedir

Təfsilat
16 Oktyabr 2019, 10:22 80
ABŞ vitse-prezidenti Mayk Pens bu gün Suriyadakı vəziyyətin tənzimlənməsi üzrə danışıqlar aparmaq üçün Türkiyənin paytaxtı Ankaraya yola düşür.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
Bildirilir ki, 17 oktyabrda ABŞ vitse-prezidenti Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ilə ikitərəfli görüşdə iştirak edəcək:
"Görüşdə vitse-prezident Pens, Prezident (ABŞ-ın Donald) Trampın (Suriyada) nizamlanma əldə edilənə qədər Türkiyəyə qarşı sərt iqtisadi sanksiyalarını qüvvədə saxlamasına sadiqliyini təsdiqləyəcəkdir".
Nümayəndə həyətində ABŞ dövlət katibi Mayk Pompeo, milli təhlükəsizlik müşaviri Robert O'Brayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin də olduğu bildirilir.