• cümə, 19 Aprel, 05:39
  • Baku Bakı 18°C

Mayın son günü 35 dərəcə isti olacaq

30.05.14 10:55 1016
Mayın son günü 35 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında mayın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 17-21, gündüz 26-31 dərəcə isti olacağı proqnozlaşdırılır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Sabah bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacaq, şimşək çaxacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər