• cümə, 26 Aprel, 14:24
  • Baku Bakı 23°C

“Mavi“ əmisi oğlunu deşik-deşik elədi...

11.06.13 14:30 1638
“Mavi“ əmisi oğlunu deşik-deşik elədi...
Bakının Binəqədi rayonunda əmisi oğlu tərəfindən biabır edilən oğlan ağır cinayət törədib. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, o, bıçaqla qan qohumunun bədənində salamat yer qoymayıb.
Cinayət hadisəsi ötən gecə saat 23 radələrində Binəqədi şossesində yerləşən "Zəngəzur" şadlıq sarayının qarşısında törədilib. Cəlilabad rayon sakini Elşən Bağırzadə bıçaqla Cəfər Bağırlının başına, bədəninin müxtəlif yerlərinə zərbələr vurub. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yaralının həyatını həkimlər xilas ediblər.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşları Elşən Bağırzadəni tutublar.
Cinayətin motivini isə E.Bağırzadə yox, əməliyyatdan yenicə çıxan Cəfər açıqlayıb. O, ilkin ifadəsində deyib ki, Elşən “mavi”dir və onunla cinsi əlaqədədə olub. Bu məsələni açdığına görə də bıçaqlanıb.
Onu da əlavə edək ki, Elşən bıçaqla Cəfərin sifətinə də çapıq atıb.
Faktla bağlı polis araşdırma aparır. Cinayətin əsas səbəbi isə istintaqın gedişində məlum olacaq.
banner

Oxşar Xəbərlər