AZE | RUS | ENG |

Maştağa və Nardaran qəsəbələrində konsertlər keçirilib

Maştağa və Nardaran qəsəbələrində konsertlər keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Maştağa və Nardaran qəsəbələrində 2 fevral - Gənclər gününə həsr olunmuş konsertlər keçirilib.
İdarədən Trend-ə verilən məlumata görə, aparıcı Humay Muxtarova konsert iştirakçılarını Gənclər günü münasibətilə təbrik edib, bildirib ki 1996-cı il 2 fevral tarixində gənclərin 1-ci forumu keçirilib, 1997-ci ildən isə Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunmağa başlanıb. Həmin tarixdən etibarən hər il ölkəmizdə bu bayram geniş qeyd olunur.
H.Abbasov adına Mədəniyyət Mərkəzində gənc müğənni Mina Hüseynin, Nardaran qəsəbə klubunda isə tanınmış müğənni İzzət Bağırovun ifasında konsert proqramları təqdim olunub. Konsert zamanı onlar bir-birindən rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

Konsertlərdə həmçinin tanınmış müğənnilər Emil Bədəlov, Tərlan Novxanı, Ələkbər Yasamallı, Asif Məhərrəmov və rəqqasə Kəmalə Səfərəliyevanın çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda konsertlərdə iştirak edən fəal gənclərə Baş İdarənin tərəfindən təşəkkürnamələr təqdim olunub.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056