• cümə axşamı, 18 aprel, 12:33
  • Baku Bakı 22°C

Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır

01.06.20 13:52 397
Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır
Tibbi maskalardan istifadənin Nazirlər Klabinetinin müəyyən etdiyi yerlərdə pozulması halları ilə bağlı qərar qüvvədədir.
Trend-in məlumatına görə, bunu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.
Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik həmin yerlərdə qaydaların pozulmasına şamil ediləcək: "Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır. Biz sadəcə burada cərimələrin miqdarını müəyyən edəcəyik. Vətəndaşlar yaxşı olardı ki, Nazirlər Kabinetinin 2 gün əvvəl olan qərarına da diqqət yetirsinlər”.
banner

Oxşar Xəbərlər