• cümə, 26 Aprel, 18:59
  • Baku Bakı 22°C

Maşınların sığortalı olub-olmamasını radarlar müəyyən edəcək

02.07.15 14:15 1210
Maşınların sığortalı olub-olmamasını radarlar müəyyən edəcək
DYP texniki vasitələri İSB-nin bazasına inteqrasiya olunacaq

Bu ilin sonun kimi Azərbaycanda avtomobillərin sığortalı olub-olmamasının radarlar vasitəsilə müəyyən edilməsi mümkün olacaq.
"APA-Economics" xəbəri verir ki, bunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov jurnalistlərə açıqlamasında bildirib.
N. Xəlilovun sözlərinə görə, bu gün artıq Dövlət Yol Polisinin müəyyən texniki vasitələri var ki, onlar avtomobilin nömrəsini oxumaqla avtomobil barədə məlumatları əldə edə bilirlər. "Yaxın zamanlarda həmin texniki vasitələr İcbari Sığorta Bürosunun məlumat bazasına inteqrasiya olunacaq və radara düşən avtomobilin sığortalı olub-olmaması müəyyən ediləcək. Müəyyən texniki məsələlər həll olunandan sonra, bu, cari ilin sonuna mümkün olacaq”, - deyə o qeyd edib.
banner

Oxşar Xəbərlər