• cümə, 29 Mart, 01:04
  • Baku Bakı 7°C

“Maşını park edə bilmədim, tavan damırdı” bəhanəsi

27.04.18 13:10 747
“Maşını park edə bilmədim, tavan damırdı” bəhanəsi
"Nant”ın baş məşqçisi Klaudio Ranyeri klubun 75 illiyi ilə bağlı verilən ziyafətə qatılmayıb.
Kaspi.az xəbər verir ki, onun bu hərəkəti azarkeşlər arasında böyük narazılığa səbəb olub. Ranyeri məsələ ilə bağlı açıqlama verərək, ziyafətə qatıla bilməməsinin səbəblərindən danışıb:
"Mən ziyafət verilən yerə gələndə orda çoxlu maşın vardı. Nə qədər cəhd göstərsək də, avtomobili park etmək üçün yer tapa bilmədik.
Prezidentə zəng edib ziyafətə qatıla bilməyəcəyimi dedim. Bir qədər sonra sürücüdən xahiş etdim ki, məni aeroporta aparsın. Londona getmək üçün xüsusi təyyarə sifariş etmişdim.
Ona görə ki, Londondakı mənzilimdə problem yaranmışdı. Yağan güclü yağışlardan sonra mənzilimin tavanı dammağa başlamışdı”.
banner

Oxşar Xəbərlər