• cümə, 29 Mart, 19:46
  • Baku Bakı 14°C

Maşın kanala düşdü, 3 ölü, 3 yaralı var

18.09.13 10:03 1346
Maşın kanala düşdü, 3 ölü, 3 yaralı var
APA-nın xəbərinə görə, hadisə ötən gecə saat 4 radələrində Bərdə rayonunun Mirzalıbəyli kəndi ərazisində qeydə alınıb. “VAZ 21 015” markalı minik maşınının Qarabağ kanalına düşməsi nəticəsində sürücü və avtomobildə olan sərnişinlərdən biri hadisə yerində dünyasını dəyişib.
Xəsarət alan dörd şəxs isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-nın Qarabağ bürosuna bildirilib ki, yaralılardan biri, Ağcabədi rayonu Hüsülü kənd sakini, 1996-cı il təvəllüdlü Əliyev Fazil Rövşən oğlu xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Digər yaralılar, Ağcabədi rayonu Hüsülü kənd sakinləri - 1990-cı il təvəllüdlü Mirzəyev Alı Hasil oğlu, onun həmyaşıdı Əhmədov Rəcəb Xanoğlan oğlu və 1985-ci il təvəllüdlü Fətəliyev Vasif Ceyhun oğlunun vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır. Ölənlərin şəxsiyyəti hələlik məlum deyil. Avtomobildə olanların hamısı Ağcabədi rayonunun Hüsülü kənd sakinləri olub.
İlkin ehtimala görə, qəzanın baş verməsinə maşının yüksək sürətlə idarə edilməsi səbəb olub.
banner

Oxşar Xəbərlər