• şənbə, 20 Aprel, 18:12
  • Baku Bakı 24°C

Maşın bazarında yanğın olub

01.07.16 10:18 1351
Maşın bazarında yanğın olub
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu, maşın bazarında mağazalardan birində baş vermiş yanğın axşam saat 22:59-da söndürülüb.
XXX
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu, maşın bazarında mağazalardan birində yanğın hadisəsi baş verib.
Dərhal yanğının söndürülməsinə qüvvə və vasitələr cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.
X X X
Bakının Babək prospektində "maşın bazarı" deyilən ərazidə güclü yanğın baş verib.
Trend-in məlumatına görə, hazırda yanğının yayılmasının qarşısı alınıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
X X X
Bakının Babək prospektində "maşın bazarı" deyilən ərazidə güclü yanğın qeydə alınıb.
Trend-in məlumatına görə, hadisə yerinə 5-dən çox yanğınsöndürən avtomobili cəlb olunub.
Hazırda prospektin hər iki istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb.
banner

Oxşar Xəbərlər