• cümə axşamı, 02 may, 02:05
  • Baku Bakı 15°C

Maşın 25 metr hüdürlükdən aşdı, ağır yaralılar var - Azərbaycanda

05.04.14 08:53 1208
Maşın 25 metr hüdürlükdən aşdı, ağır yaralılar var - Azərbaycanda
Hadisə Masallı-Yardımlı şose yolunun rayonun Şıxlar kəndindən keçən hissəsində qeydə alınıb.
Masallının Əzizabad kənd sakini, 1990-cı il təvəllüdlü Aşurəli Mirməmməd oğlu Cahangirovun idarə etdiyi "Volkswagen Passat” markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən 25 metrlik dərəyə aşıb.
Nəticədə sürücü və avtomobildəki sərnişinlər, onun qohumları - 1990-cı il təvəllüdlü Ceyhun Asif oğlu Cahangirov və 1988-ci il təvəllüdlü Valid Elşən oğlu Cahangirov müxtəlif dərəcəli bədən xəsarətlər alıblar.
Onlar hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hər üç şəxsə müvafiq tibbi yardım göstərilib, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Qəzanın dəqiq təfərrüatları həyata keçirilən avtoekspertizanın rəyindən sonra bəlli olacaq.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər