Masazırda

Masazırda "Mercedes"lə betonqarışdıran toqquşub, sıxlıq var

Kriminal
21 Yanvar 2020, 20:53 1726
Abşeron rayonunun Masazır qəsəbəsində yol qəzası olub.
Trend-in məlumatına görə, hadisə qəsəbənin Əliağa Vahid küçəsində qeydə alınıb.
Dönmə əməliyyatını düzgün həyata keçirməyən 90 DX 834 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil və betonqarışdıran maşının toqquşması nəticəsində yolun hər iki istiqamətində sıxlıq yaranıb.

Minik avtomobilinə ziyan dəysə də xəsarət alan olmayıb.