Masallıda yük maşını mikroavtobusla toqquşdu - 8 nəfər öldü

Masallıda yük maşını mikroavtobusla toqquşdu - 8 nəfər öldü

Kriminal
09 İyul 2019, 09:07 557
Masallıda yük maşını "Mersedes Vito" markalı mikroavtobusla toqquşub.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, ölənlərin 2-si qadin, 3-ü kişi, digər 3-ü isə məktəb yaşlı uşaqdır.
Yaralı qadının 24 yaşı var. O, hazırda reanimasiya şöbəsində müalicə alır.