AZE | RUS | ENG |

Masallıda vətəndaşlarla daha bir görüş olub

Masallıda vətəndaşlarla daha bir görüş olub
Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu Sərçuvar kəndində keçirilib.  Səyyar görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və 130-dan çox kənd sakini iştirak edib.  
 
Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən, cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat  verib.
 
Sonra kənd sakinləri onları narahat edən məsələlər barədə məlumat və təkliflər veriblər.
Ərazi sakinlərindən Nəsrəddin Nəcəfquliyev, Rahib Qafarov, Cəbrayıl Bayramov, Şəhla Abdullayeva, Ağacamal Ağarəhimov, Həbib Abıyev və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirib, sonra təkliflə çıxış edərək yararsız işıq və telefon dirəklərinin dəyişdirilməsi, payıbəlli torpaq sahəsinin ayrılması, Viləş çayından gələn suyun əkin sahələrinə verilməsi, yeni tikilmiş uşaq bağçasının qaz xəttinə qoşulması, çəltik məhsulunun satılmasına kömək göstərilməsi kimi məsələləri gündəmə gətiriblər.
 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət  Abdullayev  Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlardan, ölkəmizdə, o cümlədən Masallı rayonunda sosial-iqtisadi  inkişaf sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.
 
Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Əksər məsələlər yerində həll olunub, digərləri nəzarətə götürülüb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779