• cümə, 29 Mart, 03:50
  • Baku Bakı 7°C

Masallıda tütün əkininə başlanılıb

29.04.17 11:45 1246
Masallıda tütün əkininə başlanılıb
Masallı rayonunda tütün əkininə başlanılıb.
AZƏRTACxəbər verir ki, rayonda tütünçülüklə məşğul olan fermerlər bu il ilk dəfə olaraq xaricdən gətirilən yeni tütün növlərini təcrübədən keçiriblər.
Məhsul istehsalçıları builki əkin kampaniyasında əsasən "Zaqatala-67” tütün növünə daha çox üstünlük veriblər.
Bu il ilk dəfə olaraq rayona "Berley” Amerika tütün növü gətirilib.
Yeni növ tütünün yerli növlərdən əsas fərqi onun daha məhsuldar olmasıdır. Əgər yerli tütün növlərindən hər hektardan 3-4 ton məhsul əldə olunursa, Amerikadan gətirilmiş yeni növ tütündə bu rəqəm 6 ton təşkil edir.
Ötən il tütünçülüklə məşğul olan fermerləri narahat edən əsas problemlərdən biri məhsulun tədarükü ilə bağlı olub. Bu ildən isə bu sahədə olan problemlər öz həllini tapacaq. Yaxın günlərdə Masallıda iki tütün qurutma sexinin tikintisinə başlanılacaq.
Bu il, həmçinin fermerlər istehsal etdikləri tütünü Masallıda yaradılacaq qəbul məntəqəsinə təhvil verə biləcəklər.
Qeyd edək ki, bu il Masallı rayonunun Qızılağac, Xırmandalı, Səmidxan, Şərəfə, Qarğalıq, Təzə Alvadı kəndlərində ümumilikdə 33 hektar ərazidə tütün əkini nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər