• şənbə, 20 Aprel, 12:23
  • Baku Bakı 23°C

Masallıda taxıl biçini kampaniyasına başlanılıb

10.06.20 20:53 733
Masallıda taxıl biçini kampaniyasına başlanılıb
Bir neçə gündür Masallı rayonunun taxıl sahələrində biçin kampaniyasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Masallıda 6878 hektar sahədə buğda, 2770 hektar sahədə arpa, 2680 hektar sahədə vələmir biçini aparılacaq.
Məhsul yığımı kampaniyasını keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün taxıl sahələrinə 24 kombayn cəlb edilib. Qısa müddətdə rayonda 640 hektardan çox sahədə arpa biçilib.
Biçin kampaniyasında rayonun Ərkivan qəsəbə, Yeddioymaq, Qarğalıq, Xırmandalı, Həsənli, Viləş və Qızılağac kəndlərinin taxılçıları fəallıq nümayiş etdirirlər.
banner

Oxşar Xəbərlər