• cümə, 19 Aprel, 11:03
  • Baku Bakı 13°C

Masallıda şəhid ailəsi üçün fərdi ev tikilib - Fotolar

24.09.16 21:20 1481
Masallıda şəhid ailəsi üçün fərdi ev tikilib - Fotolar
Masallı rayonunun Güllütəpə kəndində torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Firdovsi Bağırzadənin ailəsi üçün fərdi ev tikilib.APA-nın cənub bürosunun məlumatına görə, bu gün evin açarlarının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə çıxış edənlər şəhid ailələrinin sosial rifah halının yaxşılaşdırılması, xüsusən yeni mənzillərlə təmin olunması istiqamətində aparılan məqsədyönlü işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Masallı RİH-nin başçısı Rafil Hüseynov isə çıxışı zamanı şəhid ailəsi üçün təzə evin ərsəyə gəlməsində xidməti olan sahibkarlara və binanın tikintisində çalışan inşaatçılara təşəkkürünü bildirərək, evin açarlarını şəhidin anasına təqdim edib.

Qeyd edək ki, iki mərtəbəli evin bütün otaqları yaşayış üçün lazım olan zəruri avadanlıqlarla təchiz olunub.









banner

Oxşar Xəbərlər