AZE | RUS | ENG |

Masallıda jurnalist tutulub

Masallıda jurnalist tutulub
Beynəlxalq festivalda insident yaratdığı üçün saxlanılan dindarlardan biri sayt rəhbəridir


Azərbaycanda keçirilən beynəlxalq festivalda insident yaratdığı üçün tutulan şəxslərdən biri jurnalistdir. Bu barədə APA-ya Masallı rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, polis tərəfindən saxlanılan şəxs dini fəaliyyətlə məşğul olan “Xeber44.com” saytının təsisçisi və baş redaktoru Araz Quliyevdir. Onun evindən silah-sursat götürülüb. Qeyd edək ki, məlum hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Masallı Rayon Polis Şöbəsi və rayon prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 8-də Masallı şəhərindəki Gənclər Mərkəzində keçirilən "Masallı Folklor-2012 Beynəlxalq Festivalı" zamanı tədbiri pozduqlarına və polis əməkdaşına xəsarət yetirdiyinə görə saxlanılan Araz Quliyevin, Xalid Kazımovun və Rza Ağalının evlərinə baxış zamanı 2 ədəd qumbara, 1 kiloqram 975 qram tiryək və qanunla qadağan olunmuş dini kitablar və broşuralar aşkar edilərək götürülüb. APA-nın əldə etdiyi məlumata görə, tutulan şəxslərin hamısı dindardır. Onlar həmin festivala etiraz edərək tədbiri pozmağa cəhd göstəriblər.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916