• şənbə, 20 Aprel, 13:30
  • Baku Bakı 23°C

Masallıda gənclər təntənə ilə Milli Orduya yola salınıb

10.07.18 15:02 359
Masallıda gənclər təntənə ilə Milli Orduya yola salınıb
İyulun 9-da Masallı şəhər Bayraq Meydanında Masallı rayonundan olan bir qrup çağırışçı gənclərin təntənəli şəkildə ordu sıralarına yola salınma tədbiri keçirilmişdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti aparatı, SHXÇDX-nin Masallı rayon əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, valideynlər, jurnalistlər iştirak etmişlər.
Tədbirdən öncə çağırışçılar Heydər Əliyev Parkında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək, ehtiramlarını nümayiş etdirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsir Muxtarlı bildirmişdir ki, ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyev bu gün Silahlı Qüvvələrimizin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, döyüş ruhu ilə seçilən və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordunun formalaşmasına nail olmuşdur.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Fəxrəddin Mirzəliyev ordu sıralarına yola düşən gəncləri təbrik edərək, onlara yaxşı yol, uğurlu hərbi xidmət arzulamışdır.
MƏSQ Veteranlar Təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, valideyn Gültab Qasımova, çağırışçı Fərid Şahverdiyev və başqaları çıxış edərək fikir və arzularını, Vətənin müdafiəsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu söyləmişlər.
Rayonun incəsənət ustalarının ifasında vətənpərvərlik, qəhrəmanlıq mövzusunda mahnılar ifa edilmişdir.
Sonda çağırışçılar Azərbaycan Bayrağını öpüb "Qurani-Kərim”in altından keçərək ordu sıralarına yola düşüblər.
banner

Oxşar Xəbərlər