Masallıda baş verən yanğında bir nəfər ölüb

Masallıda baş verən yanğında bir nəfər ölüb

Kriminal
08 Avqust 2019, 17:10 16842
Masallı rayonunun Musaküçə kəndində ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli beşotaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində evin üç otağı və dam örtüyü 70 kvadratmetr sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1926-cı il təvəllüdlü Babayev Xeyrulla Əjdər oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb.
Evin qalan hissəsi yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.