AZE | RUS | ENG |

Masallıda azyaşlının sünnət edilərkən ölməsi faktı üzrə cinayət işi başlayıb

Masallıda azyaşlının sünnət edilərkən ölməsi faktı üzrə cinayət işi başlayıb
Masallı rayon Prokurorluğu azyaşlının sünnət edilərkən ölməsi faktı ilə bağlı məlumat yayıb.
 
Rayon Prokurorluğundan APA-ya bildirilib ki, mayın 3-də Masallı rayon Musaküçə kənd sakini, azyaşlı Hüseynov Kənan Abutalıb oğlunun Masallı rayon mərkəzi xəstəxanasında vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla müəyyənləşib ki, 2012-ci il təvəllüdlü Kənan Hüseynov yaşadığı evdə əvvəllər cərrah işləmiş, 2016-cı ilin aprel ayından təqaüddə olan həkim Ramiz Sadıqov tərəfindən sünnət olunarkən halı pisləşib, Mərkəzi Rayon Xəstəxanasına aparılmasına baxmayaraq orada vəfat edib.
 
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K. Hüseynovun ölümünün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib.
 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.  





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6932
GBP 1 İngilis funt sterlinqi 2.2726
TRY 1 Türk lirəsi 0.3716
KWD 1 Küveyt dinarı 5.6260
SEK 1 İsveç kronu 0.1941
EUR 1 Avro 1.9904
CHF 1 İsveçrə frankı 1.7119
USD 1 ABŞ dolları 1.7000