• cümə, 19 Aprel, 11:10
  • Baku Bakı 13°C

Maşallah Əhmədov hökmünü bildi - 8 il cəza

30.01.17 12:56 1189
Maşallah Əhmədov hökmünü bildi - 8 il cəza
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə M.Əhmədov son söz deyib.
O bildirib ki, zərərçəkmiş Yusif Əzizovla birgə İrandan daş gətirib: "Aradan bir qədər sonra keçəndən sonra iş alınmadı, həmin daşları torpaqla "barter" etdik. Yusif buna baxmayaraq, məndən pul tələb edirdi. Mən 11 min pul, 2 maşın daş da vermişəm. Yenə bir maşın daşı qaytarıram. Bilmirəm ki, Yusif məndən nə istəyir. Ev istəyir, ev verdim razı olmadı, deyir ki, 128 min manat pulumu qaytar. Axı mən ailə başçısıyam. Belə olmaz. O, məni şantaj edir. Çətinliklə pul toplayıb verirəm, Yusif ona da razı deyil".
M.Əhmədov zərərçəkmiş Y.Əzizova 30 min manat və bir ev təklif etdiyini söyləyib.
Y.Əzizov isə onun təkkifini rədd edib. Məhkəmə heyəti müşavirəyə yollanıb.
Müşavirədən sonra M.Əhmədova hökm oxunub. Məhkəmənin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.
Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarıb.
banner

Oxşar Xəbərlər