Martın sonuna qədər 50 min ton xurma ixrac ediləcək

Martın sonuna qədər 50 min ton xurma ixrac ediləcək

İqtisadiyyat
03 Yanvar 2019, 15:38 320
Azərbaycan martın sonuna qədər Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinə xurma ixracını davam etdirəcək. 

Bu barədə "Report”a açıqlamasında Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Qədir Yusifov məlumat verib. 

"Hazırda soyuducu anbarlarda 50 min ton məhsul var və martın sonuna qədər hamısı ixrac olunacaq”,- o bildirib.