• şənbə, 20 Aprel, 03:04
  • Baku Bakı 15°C

Martın əvvəlindən ictimai iaşə müəssisələrində 1109 nöqsan aşkarlanıb

09.03.21 11:37 320
Martın əvvəlindən ictimai iaşə müəssisələrində 1109 nöqsan aşkarlanıb
Bu ilin 1 fevral - 7 mart tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 22 642 monitorinq həyata keçirilib və 1 109 nöqsan aşkar edilib.
AQTA-danAPA-ya verilən xəbərə görə, Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (30 nöqsan), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5 nöqsan) aşkarlanıb.
Ən çox aşkar olunmuş nöqsanlar işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 931 (84 %), masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmamasıdır - 124 (11%).

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 55 316 monitorinq həyata keçirilib və 3210 nöqsan aşkar edilib.
banner

Oxşar Xəbərlər