• şənbə, 20 Aprel, 12:44
  • Baku Bakı 23°C

Marsda kərpic tapıldı - Video

17.11.16 18:55 1226
Marsda kərpic tapıldı - Video
Virtual arxeoloqlar Marsa yeni həyat izləri tapıblar. "Kaspi”nin verdiyi məlumata görə, arxeoloqlar "NASA's Mars rover Curiosity” robotunun 2016-cı ilin avqustunda Marsda çəkdiyi şəkilləri araşdırdıqdan sonra qırmızı planetdə yeni həyat izləri aşkarlanıb. Kadrlara kərpicə daha çox oxşayan 5 əşya düşüb. Əşyalar hamar və düzbucaqlı formasındadır. Onlardan 4-ü eyni ölçüdədir. Biri isə daha böyük əşyadır. Kərpicə bənzəyən əşyaların rəngi də landşaftdan fərqlənir.
Arxeoloqlar hesab edirlər ki, bu əşyalar hansısa tikilinin bir hissəsidir. Digər versiyaya görə, isə tapılan əşyalar kərpic yox, üzlük tavalardır.
Toronto universitetinin (University of Toronto) alimləri bu əşyaların Marsa haradan düşə biləcəyi ilə bağlı araşdırmalar aparıblar. Eyni robotun 2004-cü ildə çəkdiyi şəkildə yerə döşənmiş üzlük tavaları da diqqəti çəkir.
Alimlər belə qənaətə gəliblər ki, belə üzlüklər yer səthində mövcuddur. Şimali İralndiyadakı "Nəhənglərin yolu” (Giant's Causeway) məhz bu qəbildən olan qədim tikili hesab olunur. "Nəhənglərin yolu”nun görkəmi açıq-aşkar əl işinə oxşayır. Ancaq tarixi 10 milyon il əvvələ gedib çıxır. Yəni insanların yaşamadığı dövrə.
Alimlər Şimali İralndiyadakı sirrin üstünü açmaq üçün 300 il baş sındırıblar. Nəhayət, Kanada alimlərinin versiyası qəbul edilib. Lukas Qorinq və Stefan Morrisin fərziyyəsinə görə, yer səthində belə üzlük tavalarının əmələ gəlməsi lava nəticəsində baş verib.
Marsda çəkilmiş şəkli araşdıran alimlərin də fikirlərində prinsipial fərq yoxdur. Onlar hesab edirlər ki, lava müxtəlif təbəqələrdə, müxtəlif formada toplaşa bilər.



banner

Oxşar Xəbərlər