Marqaret Tetçer vəfat etdi

Marqaret Tetçer vəfat etdi

Təfsilat
08 Aprel 2013, 15:09 1174
Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer dünyasını dəyişib. «RİA» Novosti agentliyi xəbər verir ki, keçmiş baş nazir dünən vəfat edib.

Qeyd edək ki, İngiltərənin "Dəmir ledi" ləqəbli keçmiş baş nazirinin 87 yaşı var idi. Yaddaşı pozulan keçmiş baş nazir artıq yaxın dostlarını belə tanımırdı. "Böyük təəssüflə Mark və Kerol Tetçer bildirir ki, onların anası baronessa Tetçer insultdan sonra bu gün səhər vəfat edib” - deyə sabiq baş nazirin mətbuat katibi lord Bell bildirib. İngiltərənin ilk və tək qadın baş naziri olan Marqaret Tetçer 3 dəfə dalbadal seçkinin qalibi olub. 10 il əvvəl isə o, iflic keçirib. İllərdir ağır yaddaş pozğunluğu yaşayan M.Tetçer ictimaiyyət qarşısına çıxmaqdan da qaçırdı.