Marqaret Etvudun imzaladığı kitablar satışda
2017-ci
ilin ən çox oxunan yazarlarından Marqaret Etvudun türkiyəli oxucuları üçün
imzaladığı kitablar yanvarın 15-də kitab mağazalarında yerini alıb.
"edebiyathaber”-in məlumatına görə, ötən ilə iki kitabı ilə möhür vurmuş
kanadalı şair, tənqidçinin 1980-ci ildə işıq üzü görmüş "Qulluqçu qızın nağılı”
("Handmaids tale”) eyniadlı teleserialın mövzusu olub, geniş auditoriyanın
marağını cəlb edib. Bu isə Etvudun şöhrətinə şöhrət qatdı. Etvudun nəsrdəki
uğurlu əl işi "Alias Qreys”-in ("Alias Grace”) oxucuları da 2017-ci ildə roman
film sektorunun diqqətini çəkdikdən sonra çoxaldı. Son on ildə Nobel Ədəbiyyat
Mükafatına namizədlər sırasında Kanadanı təmsil edən xanım Etvud adını
çəkdiyimiz bu iki məşhur əsərinin birlikdə 1500 nüsxəsini türkiyəli oxucuları
üçün imzalayıb. Yazarın orijinal imzası ilə gətirilən kitablar artıq
alıcılarını gözləyir. Məhdud sayda olan kitabları yalnız İdefix şəbəkəsi
vasitəsilə əldə etmək olar. 1500 kitabın artıq 170 nüsxəsi üçün sifariş təsdiq
edilib.